Çoxlarınız onun şəkilini 100 dollarlıq əskinasların üzərində görmüşünüz. O, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atıb. 17 uşaqlı ailənin 15-ci uşağı olub. Ac-susuz üz tutduğu Filadelfiyanın ən nüfuzlu şəxsinə çevrilib. Söhbət Benjamin Franklindən gedir.
Shafaqadogru.com bu maraqlı şəxsin həyat hekayəsini təqdim edir.
Benjamin 1706-cı ildə Bostonda anadan olub. Atası Josiah Franklin Amerikaya İngiltərədən miqrasiya etmişdi. İki dəfə evlənə Josiahın birinci həyat yoldaşı Anne Çilddan 3, ikinci həyat yoldaşı Abiah Folgerdən 14 uşağı var idi. Belə ki, Anne Çilddan 1689-cu ildə vəfat etdikdən sonra, Josiah Franklin Abiah Folgerlə evlənmişdi. Benjamin Josiahın 17 övladından 15-cisi idi. Ailə çox kasıb yaşayırdı , çörəkpulunu sabun və şam istehsalından çıxarırdı. Josiah övladlarının təhsil almasını istəsə də, bu maddi baxımdan mümkün deyildi. Nəticədə Benjamin 12 yaşında təhsilini buraxıb ögey qardaşının tipoqrafiyasına fəhlə düzəlir. 16 yaşında məqalə yazmaq istəsə də, qardaşı buna icazə vermir. Benjamin başqa imza ilə məqalələr yazıb hər gün tipoqrafiyanın qapısına atır. 16 məktubdan ibarət bu məqalənin hər biri cəmiyyət tərəfindən maraqla qarşılanır. Lakin qardaşı məqalələrin müəllifinin Benjamin olduğunu öyrənəndə onu işdən qovur.
Ac-susuz Filadelfiyaya gedir
Benjamin qaçmağa qərar verir. Bəxtini bir də Nyu Yorkda sınamağa cəhd edir. Ancaq burada iş tapmır və ac-susuz, cibində 1 sentsiz Filadelfiyaya gedir. İşgüzarlığı, çap mətbəsi sahəsində bacarığı sayəsində tez zamanda iş tapır. Bir qədər sonra -1726-cı ildə Samuel Keimer adlı bir mətbə sahibi ilə ortaq iş qurur. Qazandığı pulla "Philadelphia Gazette” adında qəzeti satın alır. Qəzet əvvəlkindən də yaxşı satılmağa başlayır. Benjamin Franklin bu müvəffəqiyyəti sayəsində dövlət mətbəsinin rəhbəri təyin edilir. 1732-ci ildə "Poor Richard's Almanack" adındakı əsərini nəşr etdirir. Bu əsər ona şöhrət və sərvət qazandırır.
İlk kitabxana
Benjamin Franklin 1731-ci ildə Kitabxana Klubunu yaratdı. Bu klub Amerikada kitabxanaçılıq sisteminin təməli olur. Benjamin bir tərəfdən də bir çox qəzetə elmi,fəlsəfi məqalələr hazırlayırdı.
Dövlət qulluğu
Dövlət qulluğunda olduğu zaman ərzində 1823-cü ildə Amerika Fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının yaradıcısı olur. Franklin həm də bütün koloniya nümayəndələrinin iştirakı ilə konqressin çağırılmasının ilk təşəbbüskarlarından biridir. 1717-1725-ci illərdə o, Şimali Amerika koloniyalarının Londonda təmsilçisi olur. Azadlıq Müharibəsi başlayan kimi o öz vətəninə qayıdır. Parisə yenidən nümayəndə kimi göndərilir. Onun xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerika danışıqları uğurla başa çatır. 1723-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın Amerikanın suveren və müstəqil olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz o, müharibənin uğurlu sonluğunun və bugünkü qüdrətli Amerika dövlətinin təməlini qoyan və dövlətin xarici düşmənlərini neytrallaşdıran şəxsiyyət idi. 1785-ci ildə vətəninə qayıdanda qanunverici yığıncağın prezidenti seçilir.
Alim
Benjaminin dahiliyi həm də onda idi ki, o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil, həm də alim kimi dövrün ən məşhur simalarından idi. Belə ki, müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları ilə bağlı elmi yanaşmanın banilərindən biri də Benjamin Franklin olmuşdur. Franklin yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququnu insanın təbii ayrılmaz hüquqlarından sayırdı. Onun elmi pamfletləri və məqalələri əsasında günlərimizdə ən inkişaf etmiş dövlətlər insan hüquqları sahəsində öz daxili strategiyalarını müəyyən edirlər.
Şəxsi həyatı
24 yaşında Filadelfiyada Debora Rid ilə tanış olur və bu qıza dəli kimi vurulur. Cütlük nişanlanır. Elə həmin ərəfədə Benjamin Franklin Londona ezamiyyətə göndərilir. Burada ev sahibinin qızı ilə sevgi münasibəti yaşayır. Hətta münasibətləri o qədər dərinləşir ki, Benjamin nişanlısı Deboraya aylarla məktub yazmır. Ən nəhayət Deboraya nə zaman qayıdacağını bilmədiyinə dair məktub göndərmək qərarına gəlir. Londonda jurnalist, siyasətçi kimi fəlaiəyyə başlayır. Bununla belə geri qayıtmaq məcburiyyətində qalır. 1730-cu ildə bir zamanlar aşıq olduğu Debora Ridə evlilik təklif edir. Nəzərə çatdıraq ki, bu müddətdə Debora artıq bir dəfə ərə getmişdi. Əri kredit borclarına görə onu tərk edib ölkədən qaçmışdı. Debora Benjaminin təklifini qəbul edir. Bu arada o, təkcə Benjaminin evlilik təklifini deyil, eyni zamanda evdə işləyən təmizlikçidən olan övladını da qəbul edir.Sonrakı illərdə cütlüyün Frensis və Sara adlı iki övladı dünyaya göz açır. Frensis 4 yaşında çiçək xəstəliyindən dünyasını dəyişir.
Qeyd edək ki, 100 dollarlıq əskinasın üzərində şəkli olan bu şəxs ailəsinə bağlı olsa da, daim həyat yoldaşına xəyanət edir. Qəribəsi də odur ki, sevgililərinin hamısı yaş baxımından ondan böyük olur. Və Benjamin Franklin şəxsi məsləhətlərində kişilərə özlərindən yaşda böyük məşuqə seçməyi məsləhət görür.
Dollara niyə Benjaminin əksi vurulub?
Amerikanın siyasi həyatında önəmli rol oyanayan bu şəxs 1790-cı ildə vəfat edir. 1914-cü ildə onun portreti 100 dollarlıq əskinasların üzərinə vurulur. Bunun da səbəbi Franklinin Amerikanın "ata-banilər" siyahısına daxil olması və imzasının Müstəqillik Bəyannaməsində olmasıdır. Həmçinin Franklinin mətbəə bacarıqlarının köməyi ilə ilk Amerika valyutası çap edilmişdi. Onu da bildirək ki, Benjamin Franklin solaxay olub.