Tanınmış şair, yazıçı Kənan Hacı yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar anonsu verib.
Shafaqadogru.com xəbər verir ki, o, "Yoruldum artıq... Günahlarımın bağışlanacağına ümid edirəm... Salamat qalın!” – yazıb.
Kənan Hacı mobil telefonunu söndürdüyü üçün yaxınları onunla əlaqə saxlaya bilmir.
Qeyd edək ki, bu gün gənc yazar Mövlud Mövlud özünü yaşadığı binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.