Şəfəqə Doğru » Manşet » ERMƏNİ KİV: `YARALILARI DAŞIMAĞA VERTOLYOT ÇATIŞMIR`

ERMƏNİ KİV: `YARALILARI DAŞIMAĞA VERTOLYOT ÇATIŞMIR`

ERMƏNİ KİV: `YARALILARI DAŞIMAĞA VERTOLYOT ÇATIŞMIR`
Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər.

Shafaqadogru.com "Report”a istinadən xəbər verir ki, bəyanatda deyilir:
"Biz ermənilər ilk növbədə cəbhə xəttində həlak olan hərbçilər və dinc sakinlərlə bağlı həqiqəti əks etdirən məlumatları almaq istəyirik. KİV-ə daxil olan məlumatlar isə çox səthidir. Erməni jurnalistlər məlumatları vətəndaşlardan almaq məcburiyyətindədirlər – tibb məntəqələrindən, meyitlərin aparıldığı kilsələrdən məlumat götürürlər. Hadisə şahidləri dəhşətli sözlər danışırlar – yaralıları daşımaq üçün vertolyotlar çatmır, yaralıları avtomobillərlə daşıyırlar və onlar yoldaca vəfat edirlər, hospitallar yaralıları qarşılamağa hazır deyillər – personal yoxdur, dərmanlar çatmır. Xalqın doğru məlumatı bilmək hüququ var”

Erməni jurnalistlər sualla çıxış edirlər: "Müdafiə Nazirliyinin rəsmi məlumatları hardadır? Bu məlumatlar yoxdur, kabinet "siçovulları” ağızlarına su alıb otururlar. Həqiqət nə qədər ağır olsada biz onu bilməliyik”.