Şəfəqə Doğru » Manşet » Böyük Britaniya bu gün Rusiyaya qarşı yeni sanksiyalar tələb edəcək

Böyük Britaniya bu gün Rusiyaya qarşı yeni sanksiyalar tələb edəcək

Böyük Britaniya bu gün Rusiyaya qarşı yeni sanksiyalar tələb edəcək

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Suriyadakı hadisələrlə bağlı Rusiyaya qarşı yeni sanksiyalar daxil etməyi tələb edəcək

 


Avropa.info xəbər verir ki, bu barədə "The Times” qəzeti məlumat verib. Qəzetin xəbərinə görə, tələb "Böyük yeddiliy”in İtaliyanın Luka şəhərində bu gün keçiriləcək iclasında səsləndiriləcək.

Qeyd edək ki, şənbə günü Conson 10 apreldə Moskvaya nəzərdə tutulmuş səfərini Suriyadakı hadisələri əsas gətirərək ləğv etmişdi.

Xatırladaq ki, 4 aprel tarixində Suriyanın Xan Şeyxun qəsəbəsinə edilən qaz hücumu nəticəsində onlarla adam ölmüşdü. ABŞ və müttəfiqləri bu cinayətdə Bəşər Əsəd rejimini ittiham etmişdi.