Şəfəqə Doğru » Manşet » Komissar vətəndaşdan 3000 min manat rüşvət istəyib? - İttiham var

Komissar vətəndaşdan 3000 min manat rüşvət istəyib? - İttiham var

Komissar vətəndaşdan 3000 min manat rüşvət istəyib? - İttiham var
Shafaqadogru.com realmedia.az-a istinadən xəbər verir ki Azərbaycanda aprelin 1-dən müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb. Bu ərəfələrdə həmçinin ölkə ictimaiyyəti düşmən üzərində gələcək böyük qələbələrimizin müjdəçisi olan 2016-cı ilin şanlı Aprel döyüşlərinin birinci ildönümünü qeyd edir. Əlbəttə, Milli Ordunun və digər qoşun növlərinin zəfər qazanmasına ümid etmək üçün onların sıraları məhz sağlam, orqanizmləri döyüş qabiliyyətinə yiyələnmək potensialına malik gənc əsgərlər hesabına yenilənməlidir. Lakin çox təəssüflər olsun ki, hələ də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələri tərəfindən yararsız və ya məhdud yararlı çağırışçıların hərbi xidmətə cəlb olunması hallarına rast gəlinməkdədir.Daha acınacaqlı burasıdır ki, belə neqativ hallar məhz işğal altında olan rayonlarda baş verir. Çünki orduda köçkün rayonun təmsilçisi olan əsgərin döyüş qabiliyyətinə malik olmaması, xəstəliyi, iradi zəifliyi səbəbindən yoldaşlarından geri qalması, nəhayətdə onun səhhətinin pisləşməsi, yaxud daha pis halda intihara cəhd etməsi digərlərinin də mənəvi-psixoloji durumuna olduqca mənfi təsir edə bilər. Belə faktların açıqlanması informasiya müharibəsində də düşmən tərəfə devidentlər qazandırar.Hərbi hospitalda qohumuna baş çəkməyə getmiş əməkdaşımız orada tükürpədici mənzərənin şahidi olmuşdur. Hospitaldakı gənclərdən birinin qaməti demək olar ki, ikiqat əyilmiş, sual işarəsinə bənzəyirmiş. Həkim qəbuluna gəlmiş Orxan adlı həmin gəncin valideynləri ilə söhbət edən əməkdaşımız onun SHXÇDX-nin Zəngilan rayon şöbəsindən hərbi xidmətə yola salındığını öyrənmişdir. Təkcə qamətindəki problem deyil, həmçinin ürək qüsurundan da əziyyət çəkən xəstə gəncin qohumları bildirmişlər ki, onun hərbi xidmətə yararsızlığını təsdiqləmək üçün Bakının Sabunçu rayonunda yerləşən Zəngilan SHXÇ Şöbəsinin rəisi Eldəniz Süleymanlı onlardan 3 min manat rüşvət istəyib və bunu «yuxarı»nın tələbi kimi ortaya qoyub. Amma nə yaxşı ki, çağırışçını qəbul edərkən hərbi hissədə təkrar keçirilmiş müayinə korruptiv deyil, obyektiv olub və onu hospitala göndərib. Hospitalda da Orxanın hərbi xidmtə yararsız olduğu təsdiqlənib. Bu faktla bağlı SHXÇDX-nin Zəngilan rayon şöbəsinin rəisi E. Süleymanlının mövqeyini öyrənmək üçün onunla telefon bağlantısı yaradıb suallarımızı verdik. Rəis suallarımıza cavab verməkdən yayınaraq dedi ki, sözügedən məsələ ilə bağlı «yuxarı»ya müraciət etməyimiz məsləhətdir. Əslində biz bu «yuxarı» söhbətini Orxanın valideynlərinin «komissar» haqqında dediklərinin bir növ sübutu kimi xidmət edən cavab kimi də qəbul etmək olar.Yəni Eldəniz bəy əslində demək istəyib ki,3000 manatı mən özümə istəmirəm, yuxarıların tapşırığıdır.

Biz də Eldəniz bəyin dediyi yuxarıların fikrini öyrənmək ümidi ilə mövzunu davam etdirəcəyik.