Argentinada azyaşlı uşağı zorlamaq istəyən gənci küçədə lüt gəzdiriblər.
Shafaqadogru.com milli.az-a istinadən xəbər verir ki, hadisə Argentinanın paytaxtı Buenos-Ayresin Santa Brigita səmtində yaşanıb.
Sakinlər 8 yaşlı qızı zorlamaq istəyən, amma çirkin niyyətinə çata bilməyən 21 yaşlı gənci lüt soyundurub küçələrdə dolaşmağa məcbur ediblər.
İşə polis qarışıb və gənci qəzəblənmiş məhəllə sakinlərinin əlindən alıb.
Lüt gəncin əllərinə qandal vuraraq onu maşına oturtmaq istəyən polis zabitini əhatəyə almış sakinlər qışqırırdılar:
"Onu buraxsanız, tutub öldürəcəyik!”, "Murdar! Onu maşının arxasına bağlayıb sürüyün. Bu əclafı şəhərdə hamı tanımalıdır. Qoy hamı onun kim olduğunu görsün!”, - deyə məhəllə sakinləri bildiriblər.