Son illərin ən qəribə tibbi əməliyyatlarından biri Braziliyanın Santa Katarina şəhərində qeydə alınıb. Beynindəki şişdən azad olmaq üçün bıçaq altına uzanan 33 yaşlı Antoni Diaş cərrahiyyə əməliyyatı davam edərkən, içəridəkilərə konsert verib.
Baxmayaraq ki, bir gün əvvəl onun beynində şiş kimi ciddi problem var idi, braziliyalı gitaraçı sanki kinayəli şəkildə, Bitlz qrupunun məşhur "Yesterday" mahnısını ifa edib. Həmin mahnının məşhur sözlərinin mənası "dünən, bütün problemlərimdən uzaq idim" kimi anlaşılır. Amma Antoni konsertini bu mahnı ilə də yekunlaşdırmayıb. Əməliyyat müddətincə 6 fərqli mahnı ifa edən həvəskar gitaraçı, əməliyyatdan sağ-salamat şəkildə çıxıb.
Yerli bankların birində işləyən Antoni ata olmağının sevincini 2-cə həftə yaşamışdı ki, beynində şiş olduğunu öyrənib. Əməliyyata gəlincə həkimlər qəsdən onun zehni baxımdan oyaq saxlamağa qərar verib. Söhbət beyin əməliyyatından getdiyindən, həkimlər onun düşüncə tərzinin, hərəkətlərinin və nitqinin qaydasında olub-olmadığına nəzarət etmək üçün bu addımı atıb.
İlk dəfə deyil ki, beyin əməliyyatında bir xəstə əməliyyat otağındakılara musiqi zövqü yaşadır. Bundan əvvəl, israilli bir skripkaçı oxşar, amma çox nadir konsertlə diqqət mərkəzinə düşmüşdü.musavat.com/