Şəfəqə Doğru » Manşet » İcra başçısı sahibkara qarşı savaşır... - VİDEO

İcra başçısı sahibkara qarşı savaşır... - VİDEO

İcra başçısı sahibkara qarşı savaşır... - VİDEO
Masallı rayonunun Xallıcalı kəndində yaşayan sahibkar Vidadi Quliyev mətbuat konfransı keçirib

Konfransın keçirilməsində əsas məqsəd, Masallı RİH-nin sahibkarlara yaratdığı maneələrin ictimaiyyətə bildirilməsi olub.
Sahibkar Vidadi Quliyev iddia edir ki, bu ilin fevralında Əmlək Məsələləri üzrə Dövlət Komitəsindən aldığı şəhədatnamə Masallı RİH tərəfindən tanınmır.
Uzun müddətdir Vidadi Quliyev Qarğalıq bələdiyyəsinə məxsus torpaq sahəsində isitfadəsiz qalmış sututarları bərpa edərək balıqçılıq təsərrüfatı ilə məşğul olur.
Amma hazırda Masallı RİH-nin vəzifəli şəxsləri qanunsuz yollarla sahibkarın ərzaq bolluğunun qarşısını alırlar.
İcra hakimiyyətinin yüksək vəzifəli şəxsləri Xallıcalı kənd sakini Şamxal Abdullayevə məxsus 7 ha torpaq sahəsini zəbt edərək çəltik əkdirirlər.
Sözügedən şəxslər gölün suyunun bəndlərini dağıtdıraraq, suyun çəltik sahələrini suvarmasını təmin edirlər.
Sahibkar Vidadi Quliyev deyir ki, bu, təkcə onun yox, digər kənd sakinlərinin də təsərrüfatına ciddi zərər vurur.
Artıq 7 ha ərazidə olan göl quruyub, yüzlərlə balıq məhv olub, kənd əhalisi əkin sahələrini, mal-qaranı suvarmaq üçün bütün imkanlardan məhrum ediliblər.
Məsələyə münasibət öyrənmək üçün Masallı RİH-nin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə əlaqə saxladıq. 
Aybəniz Qafarova suallarımızı cavablandırmaqdan boyun qaçırdı və dəstəyi üzümüzə qapadı.
Bolgexeber.com