Ərbildəki Rusiya konsulluğunun bağlanacağı barədə yayılan məlumatlardan xəbərsizəm.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri Rusiyanın Ərbildəki baş konsulu Viktor Simakov deyib.
"Bununla bağlı heç nə eşitməmişəm. Məlumatı dəqiqləşdirəcəm”, - Simakov bildirib.
Qeyd edək ki, İraq Kürd Muxtariyyətindəki müstəqillik referendumu əleyhinə Simakov da açıqlama vermişdi.