Şəfəqə Doğru » Manşet » “Mən atamla fəxr edirəm” - Şəhid oğlu

“Mən atamla fəxr edirəm” - Şəhid oğlu

“Mən atamla fəxr edirəm” - Şəhid oğlu
Şəhid olan pilot, mayor Təbriz Musazadənin oğlu Onur Musazadə atası ilə fəxr etdiyini deyib.

Shafaqadogru.com  xəbər verir ki, "Qafqazinfo”ya danışan O. Musazadə bildirib: 

"Atamla fəxr edirəm və ona layiqli övlad olacağam. Onlar qəhrəmandılar...”

Digər pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə isə belə deyib: 

"Özü dedi ki, gedib ermənilərin qanını içəcəyəm. Deyirdi o torpaqlar bizimdir. Bunu balaca uşaqlarımıza saxlamalı deyilik. Onunla fəxr edirik. Bütün Azərbaycan onu tanımalıdır.

Urfan mənim sinif yoldaşım olub. Bu ilin iyunun 26-da toyumuzun 10 ili tamam olacaqdı. Toyumuz Silahlı Qüvvələr günü olub”.



Şəhid polkovnik-leytenant Murad Mirzəyevin yoldaşı Fizzə Mirzəyeva: 

"Onunla fəxr edirəm”.

Bəkir İsmayılovun həyat yoldaşı Şəbnəm xanım: 

"Fəxr edirəm ki, o cür qayğıkeş bir insanın həyat yoldaşıyam. O, bizi uca zirvələrə qaldırdı. Bütünlüklə vətənə bağlı idi, bütün Azərbaycanın övladı idi”.