Şəfəqə Doğru » Manşet » “AZƏRBAYCANIN RAKET KOMPLEKSİ ERMƏNİSTANDA VAHİMƏ YARADIR”- “SPİKE-NLOS”

“AZƏRBAYCANIN RAKET KOMPLEKSİ ERMƏNİSTANDA VAHİMƏ YARADIR”- “SPİKE-NLOS”

“AZƏRBAYCANIN RAKET KOMPLEKSİ ERMƏNİSTANDA VAHİMƏ YARADIR”- “SPİKE-NLOS”

Bu barədə Rusiyanın hərbi eksperti Aleksey Ramm "Voenni promoşlenney kuryer” saytında dərc olunan məqaləsində yazıb.

Ekspert Qarabağda baş verən qısa döyüşlərdə Ermənistanın ciddi itkilər verdiyini, Azərbaycan Ordusunun öz gücünü nümayiş etdirdiyini yazıb.

"Azərbaycan 2000-ci illərdən sonra öz hərbi strategiyasını kəskin dəyişərək, əhəmiyyətsiz səngərlər və yüksəkliklər üçün qanlı döyüşlərə getməmək qərarını verdi. Yeni strategiyaya görə, əsas istiqamət düşmənin lazımlı mövqeləri bir-birindən təcrid edərək, müdafiəni yarmaq və məğlubiyyətə uğratmaqdır. Bunun üçün Azərbaycan hərbi sənayeni sürətlə inkişaf etdirməyə başladı, həmçinin, xaricdən müasir silahlar aldı. Bura Rusiyadan alınan silahlarla yanaşı, İsrail və Türkiyədən alınan pilotsuz təyyarələr, həmçinin, kamikadze raketlərlə təchiz olunmuş "Harop” təyyarəsi daxildir. Təbii ki, bütün bunlar hərbi sirr olaraq ciddi qorunur. Biz yalnız dövlət televiziyasının hərbi nümayişdən çəkdiyi videolentlərdə görünən texnikalarla kifayətlənə bilərik. Amma fakt budur ki, Azərbaycan Ordusu kifayət qədər güclənib. Misal üçün, 20 kilometrdən çox məsafədə istənilən zirehli texnikanı anında məhv etmək gücünə sahib olan "Spike-NLOS” raket kompleksi Ermənistanda vahimə yaradır”