Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkisində iştirak edəcək.
Shafaqadogru.com xarici mediaya istinadən xəbər verir ki, bunu Misir mətbuatına açıqlamasında Seyf əl-İslamın nümayəndəsi Basem əl-Həşim əs-Sulya söyləyib.
"Növbəti prezident seçkisi 2018-ci ildə keçirilə bilər. Bu seçkidə Seyf əl-İslam da namizədliyini irəli sürmək niyyətindədir. Qəddafi Liviyadakı bütün tərəflərlə razılaşmağı və ölkədə təhlükəsizliyi təmin etməyi planlaşdırır” – deyə bildirib.