Şəfəqə Doğru » Manşet » Ağstafa rayonunun Gürcüstanla həmsərhəd olan kəndlərində xəstəxana və tibb məntəqələri niyə işləmir

Ağstafa rayonunun Gürcüstanla həmsərhəd olan kəndlərində xəstəxana və tibb məntəqələri niyə işləmir

Ağstafa rayonunun Gürcüstanla həmsərhəd olan kəndlərində xəstəxana və tibb     məntəqələri niyə işləmir

              

 

Bu  günlərdə redaksiyamıza ağastafa rayonunun Kür çayının  sol sahillərində yerləşən Gürcüstanla həmsərhəd olan kəndlərdəki xəstəxana və məntəqələrdən ilginc məlumatlar daxil olmuşdur.

  Məlumatda göstərilir ki,məntəqələrdə saat 12-yə qədər işçilərdən olsa da, saat 1-dən sonra məntəqə və xəstəxanalar bağlı olur. Zatən bir-iki nəfər işdə olsa da, onlar da heç bir  işə yaramır. Çünki,xəstələrə yardım üçün nə bir dərman preparatı,nə də yardım göstərəcək,həkim var.Və  orada digər neqativ hallar barədə də ,sürəkli məlumatlar daxil olur.Faktla əlaqədar olaraq, redaksiyamız tərəfindən bölgə müxbirimiz Laçın Yolçuyeva araşdırma aparmaq üçün həmin kəndlərdə olmuş və yazılanlar artıqlaması ilə öz təstiqini tapmışdır.Məsələn ,Fazil Babanlı adına Muğanlı kənd xəstəxanasında olmuş və yalnız xəstəxananın həyətində ot biçən Aydın Babanlı adında birisiylə söhbət etməyə müfəvəq olmuşdur.Həmin şəxs özünü  xəstəxanada təsərüfat işləri müdür  kimi təqdim etmişdir.Və iki nəfər şəfqət bacısı və iki nəfər də xadimə var imiş.Həkimlərdən isə, heç  kim yerində olmamış və qapılar bağlı olmuşdur.Müxbirimiz xəstəxananın baş həkimi İlham Sofiyevin telefon nömrəsini əldə etmiş və ona zəng edərək, harada olduğunu və müsahibə götürmək üçün görüşmək istədiyini bildirmişdir.Lakin İlham Sofiyev mənim heç bir jurnalistə veriləsi cavabım yoxdur.Gedin nə istəyirsiz yazın mənim sizə ayıracaq vaxtım yoxdur.İcra başçısı barama verib, biz barama saxlamaqla məşğuluq.Bəs xəstəxana necə olacaq, işləməyəcək?- sualıma isə bilmirəm mən barama saxlayıram demiş və telefonu üzünə qapatmışdır.Anladığımız bu ki,İlham Sofiyev  icra hakimiyəti başçısı onlara barama saxlamağı göstəriş  vermişdir deyə onun acısını da bizim müxbirimizdən çıxıb.Bir şey demirik onlar barama saxlamağında olsun, bəs bu kəndin xəstələri nə etsin? Daha sonra isə müxbirimiz  eyni ərazidə yerləşən qonşu kəndlər ,Köçvəlli və Saloğlu kəndlərində olmuş və daha acınacaqlı vəziyyətlə üzləşmişdir.Məsələn , Köçvəlli kənd sakinləri məntəqənin adı var özü olmadığını söyləmişdir.Umumiyətlə işləmədiyini demişdir.Saloğlu kəndində isə ,ondanda betər olduğunu müxbirimiz saat 2-dən 6-ya qədər nə qədər çaba göstərsə belə, məntəqədə bir nəfər tapa bilməyib ki,müsahibə götürsün .Yalnız qapısı bağlı qalmış məntəqənin foto şəkillərini götürə bilmişdir.Kənd sakinləri isə ürəklərini boşaladaraq,məntəqənin heç bir fəaliyəti olmadığını və işçilərin evində oturaraq ,ölü can kimi maaş aldıqlarını söyləmişlər.Hətda  bir neçə gün  öncə qan təziqindən  halı pisləşmiş  kənd sakini Aydın Əliyevi məntəqəyə gətirmişlər və heç kim olmadığından xəsdəyə yardım göstərilməmişdir.Xəstənin qohumları təcili yardım üçün Ağstafa rayon mərkəzi xəstəxanasına belə müraciət etmişlər.Oradan da, yardım gəlməmiş,və uzun sürə  tibbi yardım  ala bilməmiş  bu adı çəkilən ,uzaq kənddə yaşayan xəstə şəhər xəstəxanasına yetişdirilincəyə qədər yüksək qan təziqindən iflic  olmuşdur. Hal-hazırda evində yatır.Əziz oxucular biz gördüyümüzü və bildiyimizi yazdıq.Eyni zamanda bu söylənənlərə açıqlama gətirmək üçün adı çəkilən kəndlərdə nə bir icra nümayəndəsi nə bir bələdiyyə sədrini   beş saat müxbirimiz orada olmağına baxmayaraq,yerində  tapa bilməmişdir.Sanki həmin kəndlərdə həyat sönüb,  tam yiyəsizlik hökm sürür. Orada nə insanların qeydinə qalan var nə xəstələrin nədə ki,mətbuatı vecinə alan var.Özlərinin dediyinə görə, orada yalnız icra başçısı eşidilir.İcra başçısı isə İlham Sofiyevin dediyinə görə hal- hazırda baramaların qayğısıyla məşğuldur. Gərçi yazacaq olursaq, İlham Sofiyev  həm baş redaktorumuzu həmdə müxbirimizi təhqir edərək, bizi qorxunc ifadələrlə təhtid etdi. Biz yenədə  araşdırmamızın nəticəsini  yazırıq. Görək, Səhiyyə Nazirimiz  cənab  Oktay Şirəliyev,Ağstafa rayon İH başçısı Məhərrəm Quluyev və digər adiyatı qurumlar bu məsələ ilə yaxından maraqlanıb öz fikirlərini necə bildirəcəklər.Onu da qeyd edək ki, adı çəkilən həmin kəndlərin sakinləri də redaksiyamızdan artıq dərəcədə xahiş edərək  yazıb, adı çəkilən qurumlara  çatdırmamızı söylədilər.bizi izləyin

Mövzuya qayıdacayıq.

Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

                                                                                      Neymət Novruzlu.