Şəfəqə Doğru » Manşet » Bakıda əməliyyat: gizli şəkildə psixatrop maddələr satan aptek müdiri saxlanıldı

Bakıda əməliyyat: gizli şəkildə psixatrop maddələr satan aptek müdiri saxlanıldı

Bakıda əməliyyat: gizli şəkildə psixatrop maddələr satan aptek müdiri saxlanıldı
Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixatrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb.

Əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb.

Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən "Çinar farm" adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixatrop maddələr satılır.

Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı "Çinar farm" aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixatrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcələsənin 308.2 və 240.3.2 ci maddələri üzrə cinayət işi başlanılıb.

Bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair KİV-də məlumat yayılıb/Report.