ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Tvitter səhifəsində Türkiyənin apardığı "Zeytun budağı” əməliyyatının növbəti mərhələsi ilə bağlı fikirlərini bölüşüb.
Turkustan.info xəbər verir ki, Azay Quliyev mesajında qardaş ölkəyə tam dəstəyini ifadə edib:
Türkiyə ordusu gələn həftə "Zeytun Budağı” çərçivəsində Afrini terrorçulardan tam təmizləmək əməliyyatına başlayacaq. Milli təhlükəsizliyini təmin etmək və təhdidçi terroru zərərsizləşdirmək Türkiyənin təbii və suveren haqqıdır. Hər zamankı kimi qardaş Türkiyənin yanındayıq!