"Afrinə girməyimizə çox az qalıb. Getdikcə daha çox yaxınlaşmışıq.” Shafaqadogru.com A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan deyib.
"Zərərsizləşdirilən terrorçuların sayı 3486-ya çatıb. Bizim dərdimiz işğal deyil, terror dəhlizini terrorçulardan təmizləməkdir. Onların silah gətirdiyi yerə biz Qırmızı Aypara Cəmiyyətimizi gətirdik, fərqimiz budur. Suriyada 20 hərbi baza qurulub (-red. ABŞ-ı nəzərdə tutur). Niyə yarandı bunlar? Bu bazalar burada niyə var? Ya Türkiyə ya İran. Hər halda Rusiya deyil. O, 3-cü Dünya müharibəsi anlamına gəlir”, – deyə Ərdoğan əlavə edib.