"Brent” markalı neftin qiyməti 73,94 dollara çatıb.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, neftin qiyməti dünənlə müqayisədə 0,63% artıb. Buna səbəb ABŞ-da yanacaq ehtiyatlarının gözlənilmədən azalması olub.
Yüngül neft isə Nyu York birjasında 0,58% artaraq 68,87 dollara çatıb.
"Azəri Layt” markalı neftin 1 barrelinin dəyəri isə 1,55 dollar və ya 2,12% artaraq 74,61 dollar təşkil edib.
Qeyd edək ki, sonuncu dəfə "Brent” bu göstəricini 2014-cü ilin noyabrında göstərmişdi.