Şəfəqə Doğru » Manşet » QAZAX TƏHSİLİ İNKİŞAF YOLLARINDA

QAZAX TƏHSİLİ İNKİŞAF YOLLARINDA

QAZAX TƏHSİLİ İNKİŞAF YOLLARINDA

  Qazax rayonu həmişə özünün elmi, mədəniyyəti və təhsili ilə ön sırada olub. Lakin son illərdə isə Qazax təhsilinin durumu həddən ziya aşağı düşmüşdür. Bunları həyata keçirən əsas vasitələrdən biri təhsilə  düzgün rəhbərliyin seçilməməsidir. Hamıya yaxşı məlumdur ki, son dövrlər Qazax Rayon Təhsil Şöbəsinə heç də yerində olan kadr qoyulmamışdır.   Həmişə ölkənin ali və orta ixtisas məktəblərinə 80 faiz tələbə qəbul oduğu halda, son illlər bu tarazlıq pozulmuş, qəbulun səviyyəsi olduqca aşağı enmişdir.

 Artıq 1 ilə yaxındır ki, Qazax Rayon Təhsil Şöbəsinə müdir təyin edilən, kimya elmləri namizədi, dosent Nizaməddin Babanlı təhsildəki ətalətə son qoydu. Müəllimlər arasındakı əmək intizamı, təlim və tərbiyənin inkişafı, bacarıqlı kadrlara üstünlüyün verilməsi onu göstərir ki, artıq Qazax təhsili bacrıqlı kadr əlindədir.

 2016-cı ildə Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində 34 tam orta, o cümlədən 1 məktəb lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11439 şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olur.

 Ümumtəhsil məktəblərində I-VIII siniflərində yeni fənn kurikulumu ilə keçirilən dərslər dinlənirəkən təlimin keyfiyyət baxımından qiymətləndirilməsi zamanı əsasən təlim məqsədinin aydın olması, əvvəlki və sonrakı dərslərlə əlaqə, məzmun standartlarının tətbiq olunmasında istifadə olunan forma və üsullar, işgüzar səs-küyün yardılması, bütün şagirdlərin məşğulluğu, təlimə cəlb olunması, ruh yüksəkliyi, fənn birləşmələri, ibtidai sinif müəllimləri ilə müzakrə olunmuş, fikir mübadiləsi aparılımış, müsbət keyfiyyətlər qeyd olunmuş, qarşıya çıxan nöqsanlar araşdırılılmışdır.

 Ötən müddətdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Təhsilin informasiyalaşdırılması sahəsində Dövlət Proqramının icrası nəticəsində hazırda hər şagirdə 1 komputer düşür. Rayonun 26 məktəbi internet şəbəkəsinə qoşulmuşdur.

 2016-cı ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 308 şagird iştirak etmişdir. Fənn olimpiadalarının zona mərhələsinə 47 şagird vəsiqə qazanmışdır. Matr ayında həmin şagirdlər Gəncədə zona mərhəlkəsində iştirak etmişlər. Onlardan 2 nəfəri respublika mərhələsinə çıxmışdır.

 Qərb bölgəsi üzrə "Zirvə” bilik yarışmasını Kəpəz TV təşkil etdiyi yarışmada Qazax şəhər 4 nömrəli tam orta məktəbin komandası bütün oyunlarda qalib gəlkərək finala çıxmışdır.

 Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar olaraq tədbirlərə start verilmişdir. Rayonun IX-XI sinif şagirdləri arasında "Heydər Əliyev uşaqların gözü ilə” şagirdlərin təqdimatı işində Hüseynbəyli kənd tam orta məktəbin X sinif şagirdi İsmayıl Zamanov I yeri tutmuşdur və təhsil nazirliyində təqdimatların müsabiqəsində iştirak etmişdir.

 Qazax təhsilindəki bu cür uğurlar onu göstərir ki,  ölkəmizin bütün sahələrinə fayda verəcək  kadrların yetişdirilməsində əvəzsiz rol oynayır, gənc nəslin düzgün tərbiyəsində real  mövqe tutur.

Təbii ki, bu da təhsil şöbəsinin müdiri Nizaməddin Babanlının xidmətləri ilə bağlıdır.

                                                                                  Vəkil Rüstəm