Şəfəqə Doğru » Manşet » İrəvan iflic oldu: Gümrü də ayağa qalxdı - Canlı

İrəvan iflic oldu: Gümrü də ayağa qalxdı - Canlı

İrəvan iflic oldu: Gümrü də ayağa qalxdı - Canlı

İrəvanda etirazlar yenidən başlayıb.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, etirazçılar səhər saatlarından etibarən küçələrə çıxıblar. Onlar paytaxt yollarını bağlayırlar.
Artıq İrəvanın hava limanına gedən yol qapadılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb.
Qeyd edək ki, Paşinyan dünən baş nazir seçkisində üzləşdiyi maneədən sonra xalqı bütün Ermənistan ərazisində itaətsizliyə çağırmışdı.
***
İrəvanın hava limanına gedən yol, həmçinin şəhərin bütün giriş-çıxışları etirazçılar tərəfindən bloklanıb.
Ermənistan hava limanının bir qisim işçisi də etiraz aksiyalarına qoşulub. Onlar hava limanında bu gün tətil elan ediblər.
***
Ermənistan parlamentinin iclası baş tutmayıb. İclasda cəmi 27 deputat iştirak edib. Çarukyan Bloku parlamentin iclaslarını ölkədə yaranan vəziyyətlə əlaqədar boykot etdiyini bildirib.
***
İrəvan metrosunun da fəaliyyəti iflic oldu. Metronun əməkdaşları ölkədəki etiraz aksiyalarına qatılıblar. Onlar metronun fəaliyyətini dayandırıblar.
***
Etirazçılar Ermənistanda bir sıra nazirliklərin girişini qapadıblar. Polis hazırda nazirliklərin qarşısını bu şəxslərdən təmizləməyə çalışır.
Erməni mətbuatı hazırda şəhərin faktiki olaraq iflic vəziyyətində olduğunu bildirib.
***
İrəvanda etirazçılar Respublika meydanına toplaşmağa başlayıblar.
Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə də etirazlar başlayıb. Yüzlərlə etirazçı şəhər meriyasına daxil olub. Onlar meriyanın işinin dayandırılmasını tələb ediblər.