Şəfəqə Doğru » Manşet » Paşinyanın Bakıya ermənisayaq cavabı - Ekspert

Paşinyanın Bakıya ermənisayaq cavabı - Ekspert

Paşinyanın Bakıya ermənisayaq cavabı - Ekspert
Ermənistan son hərəkətləri ilə Qarabağ məsələsinin həllində sülh planından uzaq olduğunu təsdiqləyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, işğalçının təhrikçi və təxribatçı siyasəti İrəvanın münaqişəli vəziyyəti normallaşdırmaq ideyasından çox uzaq olduğunu göstərir:

"Ermənistanın bütün planları qarşıdurmanı daha da dərinləşdirməkdən ibarətdir. Bu həqiqətən də Azərbaycanın sağlam ruhda olmasına ermənisayağı bir cavabdır. Burada Nikol Paşinyanın Serj Sərkisyanın mənfur siyasətinin davam etdirməsinin şahidi oluruq. Belə getsə, istənilən məqamda Dağlıq Qarabağ və onun ətrafında vəziyyət odlu-qanlı müharibə kampaniyasının başlanması ilə nəticələnə bilər. Artıq proses demək olar ki, buna doğru gedir”.

Politoloq bildirib ki, sülh istəyən tərəf danışığa hazır olduğunu hər zaman müvafiq bir tərzdə nümayiş etdirir:

"Ermənistanın hərəkətlərində isə risk dolu hazırlıqlar müşahidə olunur. Hesab edirəm ki, Ermənistan artıq Paşinyan dövrünün seçimini nümayiş etdirir və bu seçimdən yaxşı bir şey gözləmə dəyməz”.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.