Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısı sayəsində daha bir bağçaya - şəhər 2 saylı uşaq bağçasına yeni bir həyat verilib. Qeyd edək ki, uşaq bağçasının binası günün tələblərinə cavab vermirdi. İcra Başçısı bunu nəzərə alaraq bağçanın əsaslı şəkildə təmir olunması barədə göstəriş verib. Rayon rəhbərliyinin tapşırığına əsasən təmirdən sonra bağçanın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastrukturlar yaradılıb və ən müasir görkəmə salınıb. Yataq və oyun otağı, dəhliz, anbar, mətbəx, sanitar qovşağı, istilik sistemi, müdir otağı ən yüksək səviyyədədir.
Bu gün uşaq bağçasının açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri bağçanın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edərək göz aydınlığı verib. 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbriklərini çatdıraraq ən xoş arzularını bildirib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlər görülür.
Rəcəb Babaşov qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni etmişəm. Çalışmışam ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Artıq rayonumuzda fəaliyyət göstərən bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses artan sürətlə davam edəcəkdir. Bu ilin sonuna kimi rayonumuzdakı bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva tədbirdə çıxış edərək son 2 il ərzində Qazax rayonunda tikinti-quruculuq və abadlıq işlərinin yüksək keyfiyyətlə və artan templə aparılmasından danışıb. Qeyd edib ki, Qazax bu müddət ərzində durmadan inkişaf edərək öz görkəmini sözün yaxşı mənasında çox dəyişib. Bunu rayonda inşa olunan sosial obyektlərin, müəssisələrin, məktəblərin, uşaq bağçalarının istifadəyə verilməsindən, eləcə də digər sahələrdə olan inkişafdan aydın şəkildə görmək olar. Sevindirici hal odur ki, bu inkişaf zamanı uşaq bağçalarına da xüsusi önəm verilir və körpələr üçün müasir tələblərə cavab verən bağçalar tikilir. Bu gün açılışını etdiyimiz əsaslı təmir olunaraq istifadəyə verilən şəhər 2 saylı uşaq bağçası bunun əyani sübutudur.
AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, bağçanın müdiri Hicran Xəlilova, valideyn Zərnişan Cəfərova çıxış edərək uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və valideynlər, bütün şəhər sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağçanın tərbiyəçisi İbrahimova Aybəniz Telman qızını Fəxri Fərmanla təltif edib.
Sonra bağçada tərbiyə alan körpə fidanlar Vətən, Ana haqqında şeirlər söyləyiblər.
Uşaq bağçası binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olaraq yataq otaqlarına, mətbəxə, oyun otaqlarına, musiqi otağına baxıblar. Əsaslı təmirdən sonra bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Sonda Rəcəb Babaşov bir daha xeyir-dua verərək bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.

Elçin İSMAYIL