Şəfəqə Doğru » Manşet » Azərbaycanlı bacılar millət vəkili seçildilər (FOTO)

Azərbaycanlı bacılar millət vəkili seçildilər (FOTO)

Azərbaycanlı bacılar millət vəkili seçildilər (FOTO)
Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçiliblər.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə axar.az-a diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk məlumat verib.

26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.

Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.