Şəfəqə Doğru » Manşet » Məktəblərdə Müəllimlər Günü ilə bağlı pul yığılır?

Məktəblərdə Müəllimlər Günü ilə bağlı pul yığılır?

Məktəblərdə Müəllimlər Günü ilə bağlı pul yığılır?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb.

Azxeber xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” xidmətinə müraciət edilməsi tövsiyə olunur”, - deyə qurumdan qeyd olunub.