Nazirlər Kabinetinin bu ilin 9 ayının iqtisadi yekunlarına həsr olunmuş iclasında vergilər naziri Mikayıl Cabbarov vergi siyasəti, vergi sistemində şəffaflıq, gözlənilən vergi islahatları ilə bağlı çıxış edib.
Nazirin çıxışında diqqəti çəkən məqamlardan biri böyük obyektlərin vergidən yayındırılması sxemi barədə dedikləridir: "Sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır. Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergiödəyiciləri tərəfindən dövriyyələrin ”parçalanması", müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir.
Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır.
Əlbəttə, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergiödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır".
Məlumdur ki, Azərbaycanda əsasən məmur oliqarxiyasına bağlı olaraq çalışan iri şirkətlər uzun illər boyu vergidən yayınmaq üçün ən müxtəlif üsullardan istifadə ediblər. Hətta bəzi obyektlər olub ki, ümumiyyətlə, vergi orqanlarının onlara daxil olmasına belə imkan verilməyib. İndi isə M.Cabbarovun dediklərindən belə aydın olur ki, o, bu halların tam olaraq aradan qaldırılması, şəffaf və ədalətli, hamı üçün eyni olan vergi mühitinin yaradılmasında qərarlıdır.
İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov deyir ki, vergilər nazirinin vergidənyayınma metodları barədə dediklərində həqiqət var: "Həqiqətən də iri obyektlər üzrə vergidən yayınma halları geniş yayılıb. Mikayıl Cabbarov gələndən vergi sistemində, vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə şəffaflıq yaradılması istiqamətində işlər görülür. Bu baxımdan, onun vergi şəffaflığını artırmaq istəyi səmimidir. Lakin məsələ burasındadır ki, bu, yalnız vergi orqanlarından asılı olan məsələ deyil. Burada hökumətin çoxsaylı digər qurumlarının da şəffaf işləməsi, vergi orqanlarına zəruri dəstəyi verməsi vacibdir”.
Ekspertin sözlərinə görə, sahibkarlar həmişə çalışırlar ki, vergini maksimum az ödəsinlər: "Buna görə də vergidən yayınmanın bir yolunun qarşısı alınanda, digərini tapmağa çalışırlar. Məsələn, son vaxtlar kağız üzərində ticarət əməliyyatları geniş yayılmağa başlayıb. Bir sahibkar özünə lazım olan mal-materialı bazardan alır, lakin hansısa digər şirkətlər reallıqda olmayan alqı-satqı müqaviləsi bağlayır. Bununla da iri həcmdə vergilərdən yayınırlar. Buna görə də vergi orqanları daim diqqətli olmalı, sahibkarların fəaliyyətini yaxından izləməlidilər”.
Sadələşdirilmiş vergi ilə bağlı nəzərdə tutulan islahatları dəyərləndirən ekspertin sözlərinə görə, nazirin dedikləri reallıqdır: "Sadələşmiş vergi ödəyicilərinin sayı kifayət qədər çox, ödədikləri vergilər isə çox cüzi məbləğdir. Bu baxımdan, nazir haqlıdır. Lakin sadələşmiş verginin əhatə dairəsinin azaldılması ilə yanaşı, sabit vergi ödəyicilərinin də sayının artırılması lazımdır. Xüsusilə ticarət və ictimai-iaşə obyektləri üçün belə verginin tətbiqi daha məqsədəuyğundur”.
Qeyd edək ki, nazir çıxışında həmçinin gözlənilən vergi islahatlarının əsas konturlarını da açıqlayıb: "Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.
Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların divident gəlirlərinin vergidən azad olunması, vergi ödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib".
Bundan əlavə, qeyri-rəsmi məşğulluğun azaldılması da vergi islahatlarının əsas istiqamətlərindən birini təşkil edəcək: "Əmək haqqının üzərinə düşən fiskal yükün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur. Bir çox hallarda əmək haqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əmək haqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət ”kölgə iqtisadiyyatı"nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır".
"Yeni Müsavat”