İranda qadınların hicaba qarşı etiraz aksiyaları səngimir. Paytaxt Tehrandan şərqdəki Sohanak Universitetində də tələbə qızlar etiraz aksiyalarına qatılıblar.
Shafaqadogru.com İran KİV-nə istinadən bildirir ki, aksiyanın dağıdılmasına İranın Əxlaq Polisi də cəlb olunub.
Əxlaq Polisinin avtomobili aksiyaçı tələbə qızlardan birini yoldan çəkilməyə vadar etmək üçün istifadə olunub. Polislər maşını qızın üstünə sürüblər, tələbəni təxminən 20 metr sürüyüblər.
Baş verənlərin videosunu universitetin tələbəsi Məsih Əlinejad çəkərək İnstagram-da paylaşıb. Onun yazdığına görə, tələbə qızların 90 faizi başıbağlı olmaq istəmirlər.
VIDEO