"Məhz mənim sayəmdə dünya bazarında neftin bir barreli 100-150 dollara qədər çatmadı. Ona görə ki, İrana qarşı sanksiyalarda ABŞ kompromisə getdi".
Shafaqadogru.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
"Ölkəmizin tarixində ən güclü sanksiyaları işə saldıq. Şimali Koreya da həmçinin... Lakin bəzi ölkələrə neftə görə güzəşt etdim. Mən bunu müəyyən səviyyədə, onlara yardım olacaq həddə etdim. Lakin ən çox neftin qiymətinin 100-150 dollar civarına qalxmaması üçün bunu etdim. Əgər diqqət etsəniz, neftin qiymətinin bir neçə ay ərzində endiyini görərsiniz.
Bizə OPEK adlı monopoliya var və mənə bu monopoliya xoş gəlmir. Bizə 100-200 dollara neft lazım deyil. Bu, olduqca zəif bazar ola bilər”, - deyə dövlət başçısı bildirib.