Gördüyünüz bu kadrlar Salyan rayonunun Kürsəngi kəndində çəkilib.
Sözügedən kəndin orta məkəbində təmir işləri getdiyi üçün məktəbin təxminən 900 nəfərlik şagird heyəti acınacaqlı vəziyyətlə üzləşib.
Yuxarı sinif şagirdlərinə məktəbin bufetində dərs keçirilsə də, aşağı sinif şagirdlərinə kənd sakinlərinin evlərinin həyətində dərs keçirilir.
Kənd sakinlərinin sözlərinə görə, təmir işləri aylardır gah dayanır, gah da davam edir.
Sakinlər deyir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə məlumat verilsə də, ancaq problem öz həllini tapmır.
Sakinlər bu soyuq günlərdə kənd evlərinin həyətlərində, açıq havada uşaqlarına dərs keçirildiyi üçün onların xəstə düşdüklərini, uşaqlarını dərsə göndərə bilmədiklərini deyirlər.