"Rusiyanın nədən qorxduğunu bilirəm"
- Tarix: 14-dek-2018, 10:58 - Bölmə: Manşet / Təhlil - Baxış sayı: 439
Ukrayna prezidenti Petr Poroşenko Rusiyanın qorxduğu 3 şeyi açıqlayıb. O, bu haqda özünün Twitter səhifəsində yazıb.

Shafaqadogru.com Rusiya mediasına istinadən xəbər verir ki, prezident ilk yerdə ukraynalılarn birlik və həmrəyliyini önə çıxarıb:

"Donbas, Azov və Krımda beynəlxalq qüvvələrin varlığı da Rusiyanı qorxuya salır. Və ən əsası Putinin nifrətidir. Kremlin sahibi Ukraynanın Avropada əldə etdiyi uğurları qəbul edə bilmir".

Poroşenko bir müddət öncə açıqlamışdı ki, rəsmi Kiyev Kerç boğazında saxlanılan gəmi və dənizçilərə görə Moskvaya qarşılığını verəcək: "Bizim indi əsas vəzifəmiz dənizçilərin azad edilməsidir".

Qeyd edək ki, Kerç insidenti noyabrın 25-də baş verib. Dənizçilər Rusiya sərhədini qanunsuz keçməkdə ittiham edilir.

Oxşar xəbərlər