2018-ci ildə olduğu kimi 2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.
BakuPost xəbər verir ki, məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi bildirib ki, qeyd olunan tarixdən etibarən əhalinin illik istehlak həcminin 1700 kubmetri 170 manat, yəni 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanacaq:
"Ödənişlərində artım olmayan abonentlərin sayı 75% təşkil edir. Yəni il ərzində cəmi 25% abonent qazın limitini keçib”.