Şəfəqə Doğru » Manşet » MƏKTƏBLƏRDƏ MÜƏLLİM-ŞAGİRD DAVASI... – KİMDİR MÜQƏSSİR ? ! + VİDEO

MƏKTƏBLƏRDƏ MÜƏLLİM-ŞAGİRD DAVASI... – KİMDİR MÜQƏSSİR ? ! + VİDEO

MƏKTƏBLƏRDƏ MÜƏLLİM-ŞAGİRD DAVASI... – KİMDİR MÜQƏSSİR ? ! + VİDEO
Bakının Binəqədi rayon 30 saylı orta məktəbin hərbi hazırlıq müəllimi Mehman Mənsimov 11-ci sinif şagirdlərindən birini döyüb. Müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirib. Hadisəni şagirdlərdən biri çəkərək sosial mediada paylaşıb. Məktəbdən verilən məlumata görə, hərbi hazırlıq müəllimi M.Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda 30 nömrəli tam orta məktəbin müəllimi M.Məsimov ilə bağlanılmış əmək müqaviləsinin ləğv olunması prosesinin rəsmiləşdirilməsi aparılır.

Hadisəyə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu "Sherg.az”a söyləyib ki, bu cür məsələlərə qlobal yanaşanda cəmiyyət arasında zorakılığın çox olduğunu görürük:

"Bu zaorakılıq həm ailədə valideyn- uşaq, həm məktəbdə müəllim -şagird, müəllim- direktor arasında yaşanır. Bu kimi sahələrdə demokratiyanı daha çox təbliğ etmək lazımdır. O zaman müəllim cəmiyyət qarşısında məsuliyyət hiss edəcək. Hazırda ora məktəblərin çoxunda şagirdlər nizam-intizam qaydalarına əməl etmir.

Təsəvvür edin ki, müəllim sinifə daxil olur və uşaqlara nəysə öyrətmək istəyir. Amma həmin sinifin oxumayan şagirdləri buna imkan vermirlər.

Artıq müəllim məcbur olub başqa yollara əl atır. Bu kimi hadisələr çox olub. Elə ötənlərdə Sumqayıt şəhərində məktəblərin birində analoji hadisə baş vermişdi. Orada məktəbin ən yaxşı, savadlı müəllimi dərsi pozan şagirdi vurmuşdu deyə müəllimi işdən çıxartdılar. Binəqədi rayonunun məktəbində şagirdi döyən müəllimə direktor bəraət qazandırdı.

Amma müəllim şagirdə əl qaldırırsa, o müəllim deyil. Belə məqamlarda direktorun müəllimi işdən azad etmək hüququ yoxdur. Bu proses məhkəmə araşdırmasının işidir. Bəlkə, onun işində başqa məqamlar var. Ona görə də baş vermiş olay detallı şəkildə araşdırılmalıdır.

Çünki araşdırılmadan sonra müəllimin cəzası daha yüngül və ya ağır ola bilər. Amma istər-istəməz bu kimi hal Azərbaycan məktəbləri üçün tipik haldır. Elə bu tipikliyi də yaradan öz cəmiyyətimizdir. Bir toplum sacayağıdır.

Yəni üçlüyə ailə, məktəb və cəmiyyət daxildir. Fikrimcə, elə bu üç komponentin üçündə də zorakılıq var. Ona görə də zorakılıq olan yerdə belə hadisələr də olacaq. Lakin baş verən bu hadisəyə təəssüflənirəm. Çünki hansı məqam olur olsun, müəllim özünü əla alıb, qanunu yollarla məsələni həl etməli idi.

N.Qulamoğlu onu da qeyd edib ki, bu kimi halları aradan qaldırmağın yeganə yolu Azərbaycanda Vətəndaş Cəmiyyəti qurulmasından keçir:

" Bütün məktəblər həmin cəmiyyətinin nəzarəti altında olmalıdır. Belə hadisələrin qarşısını almalıyıq. Çünki belə olaylar cəmiyyətə neqativ amillər bəxş edir. Şagirdə qarşı zorakılıq törədən müəllimlərə məktəblərdə yer olmamalıdır. Onları heç kim qəbul etməməlidir”.


Kənan Eynuroğlu