Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Shafaqadogru.com xəbər verir ki, qanunun 19.1.4-cü (I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində) və 19.1.6-cı (döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində) maddələr ləğv edilib.
19.3-cü maddədə "19.1.6-19.1.8-ci” sözləri "19.1.7-19.1.8-ci” sözləri ilə əvəz olunub.
(19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:
19.1.7.1. I qrup əlillərə 110 manat məbləğində;
19.1.7.2. II qrup əlillərə 77 manat məbləğində;
19.1.7.3. III qrup əlillərə 55 manat məbləğində;
19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə:
19.1.8.1. I qrup əlillərə 154 manat məbləğində;
19.1.8.2. II qrup əlillərə 121 manat məbləğində;
19.1.8.3. III qrup əlillərə və əlil olmayan müharibə iştirakçılarına 99 manat məbləğində).