Şəfəqə Doğru » Manşet » ASTROLOJİ PROQNOZ – 08 İYUN

ASTROLOJİ PROQNOZ – 08 İYUN

ASTROLOJİ PROQNOZ – 08 İYUN

Qoç - Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda mübahisələr yarana bilər. Təmkinli olsanız, hər şey həllini tapacaq.

 

Buğa - İşgüzar əlaqələri gücləndirməlisiniz. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti yaxşılaşdırın.

 

Əkizlər - Maddi problemləriniz daha da çoxalacaq. Çıxış yolu tapmaqda çətinlik çəkəcəksiniz.

 

Xərçəng – Günü əyləncəli keçirə bilərsiniz. Təbii ki, bun un üçün sevdiyiniz dostlarınızı görüşə razı salmalı olacaqsınız. Sevindirici xəbərlər, maraqlı məclislər gözlənilir.

 

Şir - Özünüzü tərifləməkdən əl çəkin. Bu sizə qarşı aqressiya yaradır.

 

Qız - Enerjili hiss edəcəksiniz. Idmana və çoxdan bəri yığılıb qalmış işlərə nəhayət ki, vaxt ayıracaqsınız.

 

Tərəzi – Bikef olacaqsınız. Xoşagəlməz hadisələrlə üzləşmək ehtimalınız var.

 

Əqrəb - Hər mənada düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

 

Oxatan - Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Səhhətinizi qoruyun. Bol miqdarda su için, meyvə və tərəvəzə üstünlük verin.

 

Oğlaq – Ürəkaçan xəbərlər eşidəcəksiniz. Nahardan sonra maddi baxımdan sizi çətinliyə sala biləcək əlavə xərclər çıxa bilər.

 

Dolça - Sevinəcəksiniz. Büdcənizdə ciddi artım ola bilər. Həmkarlarınızla dil tapmağa çalışın.

 

Balıq - Əsəbləriniz tarıma çəkilcək. Bir neçə nəfərlə mübahisə edəcəksiniz. Özünüzü yormayın. Onsuz da nə deməyinizdən asılı olmayaraq, onların fikirləri sabit qalacaq.