Şəfəqə Doğru » Manşet » Şəmkir rayonunda Çaparlı kənd bələdiyyəsi Mehman bəy Prezidenti təhqir edir.

Şəmkir rayonunda Çaparlı kənd bələdiyyəsi Mehman bəy Prezidenti təhqir edir.

Şəmkir rayonunda Çaparlı kənd bələdiyyəsi  Mehman bəy Prezidenti təhqir edir.

      Şəmkir rayonunda Çaparlı kənd bələdiyyəsi Mehman bəy Prezidenti təhqir edir.

 

  Bir neçə gün bundan qabaq  kriminal və bəşəriyyət redaksiyasına şəmkir rayon Çaparlı kənd sakini       Aslanova Samirə Bəhlul qızı tərəfindən Şikayət ərizəsi daxil olmuşdur.

    Həmin şikayət ərizəsində xanım hüquqlarının Çaparlı kənd bələdiyyəsi Mehman bəy tərəfindən pozulduğunu vurğulayır.Belə ki,Samirə xanım ərizəsində qeyd edir ki,mən Çaparlı kəndində qeydiyatdayam,ancaq 4 uşağımla birlikdə Şəmkir rayonunda kirayədə 40 manata şəraitsiz bir evdə qalıram.Aldığım 100 manat maaşla həm kirayə pulunu verirəm ,həm də  4 uşağımı saxlayıram uşağımın biri epilepsiya xəstəsidir.Mən ev tikmək üçün ,Çaparlı bələdiyyəsinin sədri  Mehman bəydən 2-3 sot torpaq tələb etdim.O, isə mənə sən Çaparlı kənd sakini deyilsən, qeydiyatda deyilsən  dedi.

    Mən isə şəxsiyyət vəsiqəmi onun stolunun üstünə qoydum və dedim sənədə baxın . Lakin ,o belə saxta sənədlər çox görmüşəm dedi.Mehman bəyə dedim ki, Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd nə vaxtdan saxta hesab edilib.

   Mən mənə qarşı edilən bu haqsızlığı ölkə prezidenti İlham Əliyevə  və icra başçısı  Alimpaşa müəllimə çatdıracam.O isə əvəzində mən prezident ,icra başçısı hərləmirəm get 4 min gətir, sənə 6 sot yaxşı yerdən torpaq verim.Biz bu şikayət ərizəsinə əlimizdə fakt olaraq,Mehman bəylə telefon əlaqəsi saxladıq.O  isə ,əvəzində yaxşı eləmişəm demişəm  dedi.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.

                                                                                                                                    Şahin Orucov.