Şəfəqə Doğru » Manşet » Ağsuda icra başçısının müavini işdən azad edildi -Sakinlərin şikayətinə görə

Ağsuda icra başçısının müavini işdən azad edildi -Sakinlərin şikayətinə görə

Ağsuda icra başçısının müavini işdən azad  edildi -Sakinlərin şikayətinə görə
Ağsunun yeni icra başçısı Vahid Tağıyev müavini İqbal Mikayılovu tutduğu vəzifədən azad edib. 

Mia.az saytının  yaydığı xəbərə  görə, İqbal Mikayılovun işdən çıxarılması oktyabrın 11-də rayon sakinləri ilə görüşdə icra başçısına daha çox ondan şikayət edilməsi olub. İqbal Mikayılov sakinlərin şikayətləri qarşısında susub. Bundan sonra icra başçısı onu işdən azad edib.

Məlumatı dəqiqləşdirmək üçün "Yeni Sabah”ın əməkdaşı İqbal Mikayılovla əlaqə saxlayıb. O, işdən çıxarıldığını təsdiqləyib. 

İqbal Mikayov bildirib ki, işdən çıxarılması öz ərizəsi əsasında baş tutub. 

"Həm yorulmuşam, həm də səhhətim imkan vermir. Ona görə də işdən çıxmağım barədə ərizə yazıb başçıya təqdim etmişəm”, - deyə İqbal Mikayılov bildirib.

Keçmiş müavin sakinlərin icra başçısı ilə görüşündə baş verənlər barədə bunları deyib: "İşləyirsənsə, şikayət olmalıdır. İşləyən adamdan həmişə şikayət olur. Lakin mən öz ərizəmlə işdən çıxmışam
 
Rüzgar