Xaçmaz şəhərində qətl hadisəsi törədilib.
Shafaqadogru.com RTV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu bu gün yaşadığı evdə qətlə yetirilib. O, hadisə zamanı evdə tək olub. Mərhumun yaxınları qətldən səhər saatlarında xəbər tutublar.
Qətlə yetirilən şəxsin bacısı Əzimə Məmmədova: "Özü kənddə müəllim işləyib. Sonra gəldi yanıma, alverə qurşandı. İki aydır ki, yanına gəlmirdim. Evə girməmişəm hələ. Biri deyir ki, ölüb, biri deyir ki, başın kəsiblər, mənim də xəbərim yoxdur".
İki uşaq atası olan İlqar Məmmədov öz evində ticarət mallarının topdan satışı ilə məşğul idi.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi aparılan istintaq tədbirlərindən sonra məlum olacaq.