Şəfəqə Doğru » Manşet » Azərbaycanda işsizlərin sayı-Rəsmi açıqlama

Azərbaycanda işsizlərin sayı-Rəsmi açıqlama

Azərbaycanda  işsizlərin sayı-Rəsmi açıqlama

2019-cu il dekabrın 1-i vəziyyətinə əsasən, iqtisadi fəal əhalinin sayı 5194,7 min nəfər olub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az saytına  verilən məlumata görə, onlardan 4942,7 min nəfərini məşğul əhali təşkil edib.

 

Cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1606,1 min nəfər çalışıb.

 

Rəsmi məlumata görə, 2019-cu il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 79,7 min nəfər olub. Onların 36,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub.