Beşinci çağırış Milli Məclisin daha iki deputatı Aytən Mustafazadə və Kamran Nəbizadə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Kamran Nəbizadə Modern.az-a açıqlamasında namizədliyini irəli sürmədiyini bildirib:
"Budəfəki seçkilərdə iştirak etmirəm. Namizədliyimi də irəli sürməmişəm”.
Aytən Mustafazadə haqqında isə 16 saylı Yasamal ikinci seçki dairəsindən bildirilib ki, budəfəki seçkilərdə Aytən Mustafazadə iştirak etmir:
"Aytən Mustafazadə DSK-ya sənədlərini təqdim etməyib. O, seçkilərdə iştirak etməyəcək”.
Qeyd:Kamran Nəbizadə 107 saylı Qazax seçki dairəsindən, Aytən Mustafazadə isə 16 saylı Yasamal ikinci seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı olub. Hər iki deputat bitərəf idi.