Astara rayonunda ər-arvad yaşadıqları mənzildə ölü tapılıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin Səməd Vurğun küçəsində yaşayanlar - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.