Şəfəqə Doğru » Manşet » Çində yeni növ koronavirusdan ölənlərin sayı 1113 nəfərə çatdı

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1113 nəfərə çatdı

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1113 nəfərə çatdı
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1113 nəfərə çatıb.

Shafaqadogru.com  "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına deyilir.

Məlumatda bildirilir: "Fevralın 11-i üçün Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən 44653 yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halı haqqında məlumat alıb. Həmçinin hazırda 38800 nəfər xəstədir (8204 nəfərin vəziyyəti ağırdır), 4740 nəfər xəstəxanadan evə buraxılıb və 1113 nəfər ölüb".

Honqkonqda 49 yoluxma halı (onlardan 1-i ölüb), Makaoda 10 yolxuma halı (onlardan biri artıq evə buraxılıb), Tayvanda 18 yoluxma halı (onlardan biri artıq evə buraxılıb) qeydə alınıb.

Hazırda yeni növ koronavirusa yoluxan şəxslərlə ünsiyyətdə olan 185 mindən artıq insan nəzarət altında saxlanılır.

Sonra sutka ərzində 2015 yeni yoluxma halı qeydə alınıb, 744 nəfər xəstəxanadan evə buraxılıb, 97 nəfər isə plüb. Vəziyyəti ağır olan xəstələrin sayı 871 nəfər artıb.