Koronavirus səbəbiylə bir çox dünya ölkələrində həyata keçirilən qarantin tədbirləri öz mənfi cəhətlərini artıq biruzə verməkdədir. Hər gün daha da sərtləşdirilən belə tədbirlərin ortaya çıxardığı problemlərdən biri isə mağazalarda qida təminatının yetərli olmamasıdır. Artıq Avropanın inkişaf etmiş bəzi ölkələrində belə çatışmazlıqlar ortaya çıxıb.
"YouGOV" adlı bir anket şirkətinin İngiltərədə apardığı araşdırma nəticəsində bəlli olub ki, ölkədəki qarantin tədbirləri nəticəsində 1.5 milyon nəfər lazımi qida və gigiyenik vasitələr tapa bilmir.Səbəb həmin məhsulların vaxtında mağazalara çatdırılmaması və ya tədarükün azalmasıdır.
Bununla yanaşı səhiyyə sahəsində də çatışmazlıqlar yaranıb. Belə ki, İngiltərə Daxili İşlər naziri Priti Patel lazımi qoruyucu vasitələrin çatışmadığına görə səhiyyə işçilərindən üzr istəyib.
Digər tərəfdən isə, ingilis mediası iddia edir ki, ölkədə qarantin vəziyyəti may ayının 25-nə qədər yenidən uzadılacaq
Nicat Novruzov