Jurnalistlər Bakıdakı Angioloji və Mikrocərrahiyyə Mərkəzində sol ayağı əvəzinə sağ ayağı kəsilən Tərlan Əliyevaya baş çəkiblər.
Shafaqadogru.com report-a istinadən bildirir ki, T.Əliyeva cərrah həkim Valeh Kərimovdan şikayətlənib: "Şəkərim var. Sol ayağım kəsilməli idi. Əməliyyat olundum. Ayılanda gördüm ki, sol əvəzinə sağ ayağım amputasiya olunub. Hətta əməliyyatdan əvvəl sol ayağımı dizdən yuxarı kəsmək istəyirdi. Etiraz etdim, dedim, barmağım qanqrena edibsə, dizdən aşağı kəs. Bu isə sağlam ayağımı kəsdi".
Videonu izləmək üçün şəklə klikləyin: