Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.
"Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.
Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində həyatını itirən ikinci şəxs - 1959-cu il təvəllüdlü Qanbayev Nizami Əli oğludur. Meyit müayinə olunmaq üçün Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
O, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Siyəzən Meşəbəyliyinin meşə gözətçisi vəzifəsində çalışırdı.