Şəfəqə Doğru » Manşet » Dörd qardaş bir “Karvan”ı bölüşdürə bilmir

Dörd qardaş bir “Karvan”ı bölüşdürə bilmir

Dörd qardaş bir “Karvan”ı bölüşdürə bilmir
Sumqayıt şəhərindəki ən böyük ticarət mərkəzindən hesab olunan "Karvan”la bağlı yeni qalmaqal yaranıb. Mərkəzin sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra buranı onun oğlanlarının necə idarə edəcəyi orada çalışanları da maraqlandırırdı. Obyekt icarəyə götürən sahibkarlar düşünürdülər ki, ticarət mərkəzini uzun illərdir atası ilə birgə idarə edən Ağamirzə Əhədovun Kamil adlı oğlu buranın yeni sahibi olacaq. Ancaq sən demə, mərhum sahibkarın digər üç oğlu atalarından miras qalan obyektə şərik olmaq iddiasındadır.
AzToday.az-a etibarlı mənbədən daxil olan məlumata görə, atalarının bu dünyadan köçməsindən bir müddət sonra Ağamirzə Əhədovun digər oğlanları Kamil qardaşlarına bu nəhəng obyekti qardaş malı kimi bölməyi təklif ediblər. Kamil Əhədov isə atalarının sağlığında ticarət mərkəzinin idarəçiliyində xidmətləri olmayan qardaşlarının təklifinə etirazını bildirib. Onun fikrincə, "Karvan”ın Sumqayıtda ən böyük ticarət mərkəzlərindən birinə çevrilməsində digər qardaşların demək olar ki, heç bir xidmətləri olmayıb. Obyekt icarəyə götürən sahibkarlar qardaşlar arasında yaranan gərginliyi artıq hiss edirlər. Onların sözlərinə görə, əvvəllər Kamil Əhədov atası ilə birgə mərkəzin fəaliyyətinə tam nəzarət edirdisə, indi digər qardaşlar tez-tez mərkəzə gəlib özlərini ortaq kimi göstərməyə çalışırlar.
"Karvan” onsuz da çoxdandır başıbəlalı bir ticarət mərkəzi kimi tanınıb. Ağamirzə Əhədovun sağlığında dükan icarəyə götürən sahibkarlar dəfələrlə yer haqlarının artırılmasına etiraz ediblər.
Ötən il dekabrın 21-də Azərbaycanda manat ikinci dəfə devalvasiyaya uğrayandan sonra da "Karvan” da çalışanlar etiraz aksiyası keçirmişdilər, bir neçə dəfə Prezident Administrasiyanın qarşısına da toplaşmışdılar. Etirazlardan sonra Ticarət Mərkəzinin rəhbərliyi yer haqlarını 300 manatdan 150 manata endirməyə razılaşmışdı.
Bu mərkəzi əbəz yerə başıbəlalı adlandırmırlar. İndiyədək məlum olmayan səbəblərdən "Karvan”da bir neçə dəfə güclü yanğın baş verib.
karvan yanginNəqliyyat naziri Ziya Məmmədovun ən yaxın adamlarından biri hesab edilən mərkəzin mərhum sahibi sahibkarların başına uzun illər müxtəlif oyunlar açıb. Yeri gəlmişkən, keçmiş SSRİ vaxtında kolxoz bazarı kimi tanınan böyük bir ərazinin ələ keçirilməsində də bir sıra qanun pozuntularına yol verildiyi iddia edilirdi. Ancaq Ağamirzə Əhədov bütün maneələri dəf edərək buranı böyük ticarət mərkəzinə çevirə bilmişdi. SSRİ vaxtında kolxoz bazarına rəhbərlik edən Ağamirzə Əhədov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə vəzifəsindən uzaqlaşdırılımışdı. Ancaq 1993-cü ilin iyun hadisələri nəticəsində AXC hakimiyyətdən devrilən kimi bazarın keçmiş sahibi yerinə qayıtdı. Bundan sonra Ağamirzə Əhədov kolxoz bazarını sökdürüb yerində "Karvan”ı tikdi. Onun karvanı elə sürətlə getməyə başlamışdı ki, bu illər ərzində hətta icra hakimiyyəti başçıları da onun qarşısını kəsə bilmirdilər.
Aağamirzə kişinin həyat karvanı dayanıb. "Karvan” yerində qalır. Dörd qardaş bu atalarından qalan bu "Karvan”ı hara qədər apara biləcəklər?