Bizimyol.info-nun və Azərbaycan Beynəlxalq Bankının rəsmi saytında verilən xəbərə görə, "Granat” sürətli pulköçürmə sistemi artıq istifadədədir.
Bu xidmət fiziki şəxslərə vəsaitləri manat, rubl, ABŞ dolları və avro valyutalarında sürətli, sərfəli şərtlərlə köçürmək imkanı yaradır. Rusiyadan Azərbaycana pul köçürmələrini istənilən Rusiya bankının kartı ilə "Granat” mobil əlavəsi ("application") vasitəsilə, yaxud ABB-Moskvanın xidmət ofisində nəğd qaydada həyata keçirmək olar. Köçürülən vəsaiti Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrindən manat, rubl, ABŞ dolları və avro valyutalarında qəbul etmək mümkündür. Bankın kartlarına ödəniş kartının valyutasında köçürülən vəsaiti isə Azərbaycan Beynəlxalq Bankının geniş ATM ("bankomat") və POS-terminal (pulçəkmə və ödəniş maşınları) şəbəkəsi vasitəsilə almaq olar.
Azərbaycandan Rusiyaya vəsaiti Bankın istənilən filial və şöbəsindən nəğd qaydada köçürmək mümkündür.
"Granat”-la sürətli pulköçürmə üzrə komissiya haqqı köçürülən məbləğin cəmi 0,9%-i təşkil edir.
Bu tətbiqinin imkanlarından faydalanmaq üçün Rusiyadakı müştərilər öz mobil telefonlarına bu əlavəni yükləməlidirlər.
Bizimyol.info-nun verdiyi məlumatda iddia edilir ki, Granat tətbiqini App Store (iPhone) və Google Play (Samsung və digər telefonlar) üzərindən yükləmək olar.
Redaksiyamızın testindən sonra deyə bilərik ki, AppStore axtarış verdikdə tətbiqini tapdıqsa da, digər platformada tətbiqə rast gəlmədik. Bu o deməkdir ki, İphone telefonu olmayanlar üçün bu xidmətdən istifadə hələki mümkün olmayacaqdır.