Şəfəqə Doğru » Manşet » Qazaxda bir neçə məmur karantin qaydalarının pozulmasına görə cəzalandırılıb

Qazaxda bir neçə məmur karantin qaydalarının pozulmasına görə cəzalandırılıb

Qazaxda bir  neçə məmur karantin qaydalarının pozulmasına  görə  cəzalandırılıb

Qazax rayonunda  xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında  ciddi tədbirlər görülür. Kafe və restoranlarda, eləcə də vətəndaşların yaşadıqları evlərin həyətində kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, həmçinin yas mərasimlərinin təşkil olunmasının qarşısının alınması istiqamətində də təxirəsalınmaz işlər həyata keçirilir.

10-11 aprel 2021-ci il tarixlərində keçirilən növbəti reydlər zamanı daQazax rayonunun Xanlıqlar, QaymaqlıYuxarı Salahlıkəndlərində xüsusi karantin rejimi qaydalarının pozularaq toy mərasimlərinin keçirilməsi məlum olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimlərin keçirilməsi dərhal dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejiminin qaydaları izah olunub.

Toy sahibləri və mərasimdə iştirak edənlər Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin(İXM) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Onu da qeyd edək ki, adları qeyd olunan kəndlərin RİH başçısının İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndələri və məsul işçiləri rəhbərlik etdikləri kəndlərdə keçirilmiş toy mərasimləri barədə aidiyyəti üzrə məlumat vermədikləri üçün cəzalandırılıblar.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri iləRİH başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Əfəndiyev Fikrət İmralı oğluna, Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Şəmşiyev Nəsib Məmməd oğlunaXanlıqlar kənd İƏD-si üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən Məmmədov Ərəstun Vəlyəddin oğlunasonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

RİH başçısının Qaymaqlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Kərimov Mövlan Mikayıl oğlubaş məsləhətçi-baş mühasib Mustafayev Elşad Şadət oğluisə tutduqları vəzifələrdən azad edilərək dövlət qulluqlarına xitam verilib.

GOYEZEN.AZ