Şəfəqə Doğru » Manşet » Gəncədə soyğunçu saxlanılıb

Gəncədə soyğunçu saxlanılıb

Gəncədə soyğunçu saxlanılıb

Aprelin 21-də Gəncə şəhər sakini olan bir qadın, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında, tanımadığı bir şəxsin onu itələyərək yerə yıxması və içərisində 100 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçdığını bildirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az saytına verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olması müəyyən edilib.

 

P. İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.