Şəfəqə Doğru » Manşet » Diqqətlər Rusiyada: Bu gün Putin müraciət edəcək

Diqqətlər Rusiyada: Bu gün Putin müraciət edəcək

Diqqətlər Rusiyada: Bu gün Putin müraciət edəcək

Bu gün Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətlə çıxış edəcək.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib. Tədbir günorta saatlarında başlayacaq.

Məlumata görə, Putinin ölkədəki vəziyyətə, daxili və xarici siyasətin əsas istiqamətlərinə dair Federal Məclisə müraciəti strateji məqsədlərin, sosial-iqtisadi inkişafın prioritetlərinin müəyyən edilməsi və Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi üçün əsas hesab olunur.

Qeyd edək ki, Putinin müraciəti Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatın ildönümü ərəfəsinə təsadüf edir.