Şəfəqə Doğru » Manşet » Əflatun Amaşov: “Mən tənqidə dözümlüyəm, ancaq..."

Əflatun Amaşov: “Mən tənqidə dözümlüyəm, ancaq..."

Əflatun Amaşov: “Mən tənqidə dözümlüyəm, ancaq..."
Brejnevin bir sözü var idi: ”Tənqid şokolad deyil ki, hamının xoşuna gəlsin""; Mətbuat Şurasının sədri "Yeni Müsavat”a bədahətən şeir dedi

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Yeni Müsavat”ın "Bizim qonaq” rubrikasında iştirak edib. Aprelin 26-da Mətbuat Şurasının sədrinin 60 yaşı tamam olacaq, bir çoxları kimi, özü də inanmasa ...

Yubiley yaşından başlayan səmimi söhbətimizdə çox şeylərdən danışdıq. Onunla müsahibənin 3-cü hissəsini təqdim edirik:


(Əvvəli ötən saylarımızda)


Söhbət Əflatun bəyin nə zamansa şeirlər yazmasının üzərinə gəlir və bizim israrımız davam edir:


E.Paşasoy:


- Buyurun, Əflatun bəy, zəhmət olmasa yuxumuzu çin eləyin...


- (gülür) Mən elə bilirəm ki, hər bir azərbaycanlı nə vaxtsa şeir yazıb. Bəziləri hətta həbsxanaya düşəndə silsilə şeirlər yazıb.


Rauf bəyin replikası:
- Məni deyir... (gülürük)


- Bəziləri - bayaq adını çəkdik - şair iddiası ilə doğulub, baxıb ki, alınmır, yüngül publisistikaya keçib.


Bu dəfə Sevinc Telmanqızı gülərək:


- Zamini deyir e... Yüngül deyərkən, bəy?


R.Arifoğlu:


- Yüngülü xüsusi deyir. Bizimki ağır publisistikadır (yenə gülüşmə).


- Mən kiçik vaxtlarımda bir-iki şeir yazmışam. Mən elə bilirəm ki, şeir yazmaq dünyada ən asan peşədir. Məsələn, tutaq ki, biz burada oturmuşuq...


Və... ...Bədahətən şeir gəlir:


Elşad Paşasoy, arxada televizor...


Efirdə "no comment...”


Qarşısında pəncərə,


3 xətt, 3 sütun...


Beləcə yazırsan, deyirlər ki, 3 xətt, 3 sütun, burada şair nə demək istəyir? Burada nəsə var... Fransız yazıçısı var, El Larun, deyir ki, atlar gecəni gözləyir səbirsizliklə, ölmək üçün bir çuxur gözləyir ki, onların ölümünü heç kəs sezməsin...Bu da bir şeirdir.

"Özünüsenzura həmişə, hər bir insanda olmalıdır, o, jurnalist olmasa da”

E.Məmmədli:


- Bayaqkı şeiriniz çox gözəl idi.


Rauf bəy təkrar əzbərdən deyir Əflatun bəyin "qaynar-qaynar” yazdığı şeiri və "Amaşov bədahətən şeir yazdı” əlavəsini edir. (Gülüşmə)


Ə.Amaşov:


- Bir dəfə Londondaydım. Baxdım ki, Azərbaycan Yazıçılar Birliyi bir bəndlik şeir müsabiqəsi keçirir. Dedim bir bunları yoxlayım, amma öz adımdan yox. Bir bənd şeir yazdım, yolladım. Zamin Hacı ona koment yazmışdı.


Görən balaca quzular
Niyə belə gec qalxırlar?
Bilmirlərmi canavarlar
Onlar üçün darıxırlar?..
(Gülərək əlavə edir)

"Dünyanın heç yerində bu sayaq məsələlərə yol verilmir”

-Yazdım, nə bir xəbər gəldi. Nə dedilər ki, aldıq, ya almadıq.


S.Telmanqızı:


- Zamin yazmışdı ki, Mətbuat Şurasının sədri niyə canavarların quzuları yeməsini bu qədər israrla istəyir, məqsədi nədir? (gülüşmə)


Ə.Amaşov:


- Şeir yazmağım təqribən 7-8-ci siniflərə qədər davam etdi. Mən yazdığım şeirlər də "Azərbaycan pioneri” qəzetində, "Azərbaycan” jurnalında dərc olunurdu.


R.Arifoğlu:


- "Azərbaycan pioneri”ndə mənim də materiallarım dərc olunub, orta məktəbdə...


Ə.Amaşov:


- Bir dəfə söhbət düşdü, dedim şeirlərim filan vaxt "Azərbaycan pioneri”ndə çap olunub. Deputat Hüseynbala Mirələmov dedi ki, o vaxt şeir şöbəsinin müdiri xəstə idi, redaktoru mən əvəz edirdim, o şeir elə mənim vaxtımda çap olunub...


Bayaqdan bəri telefonundakı israrlı zənglərə işarə edərək, "bəlkə də mənim seçicilərimdir” deyir və üzr istəyib telefonu açır, yerindən qalxıb kənarda telefonu cavablandırandan sonra söhbətimizi davam etdiririk.


R.Arifoğlu:


- Nisbət necədir, gündə neçə faiz jurnalistlər zəng vurur, neçə faiz seçicilər və onlar nə istəyirlər?


- Məsələn, bu gün biz tədbir keçirdik, siz də iştirak etdiniz, sonra iki komitənin birgə iştirakında iştirak və çıxış etdim, təkliflər verdim. Səhər iki jurnalist zəng edib fikir öyrənib, bir jurnalistlə də axşam görüş razılaşdırdıq. Həmçinin Türkiyədə keçiriləcək Qara Dəniz Əməkdaşlıq Təşkilatının tədbirini işıqlandırmaq üçün iki jurnalist xahiş ediblər, bu məsələni həll etmişəm. İranla bağlı bir məsələni də müzakirə etmişəm. Bundan əlavə, iki seçicim məişət məsələləri ilə bağlı zəng edib.

"Müharibə yalnız səngərlərdə, döyüş bölgəsində getmir, eyni zamanda informasiya müharibəsi gedir”
- Jurnalistlər heç məişət məsələləri ilə bağlı müraciət edirlərmi?


- Daha çox mənzil məsələləri ilə bağlı müraciətlər olur.


- Kömək edə bilirsinizmi?


- Hələlik müəyyən mərhələyə ehtiyac var, son bölgü meyarları müəyyənləşməyib. Ancaq buna baxmayaraq, hazırda Azərbaycan Mətbuat Şurasında evlə bağlı 200-ə yaxın müraciət var. Müxtəlif vaxtlarda toplanmış müraciətlərdir. Bunlar yalnız redaksiyalarda çalışan jurnalistlər deyil, müəyyən müddət çalışmış, indi təqaüddə olan, yaxud hansısa məqamlarda jurnalistika ilə təması olmuş insanlardır.


- Mənzillər sayı nə qədərdir?


- 250-yə yaxındır. Çox güman ki, əvvəlki prinsiplərin oxşarı müəyyən olunacaq, o prinsiplər əsasında ehtiyacı olan jurnalistlər mənzillə təmin olunacaq.


- İnşallah. Əflatun bəy, bir məsələni də işgüzar planda danışmaq istəyirik: cəbhə xəttində gedən savaşın işıqlandırılması problemi və jurnalistlərin o prosesdə iştirakı... Sizin Mətbuat Şurası olaraq Daxili İşlər Nazirliyi (DİN) ilə çox uğurlu bir layihənin oldu və neçə illərdir fəaliyyət göstərir. Yəni jurnalistlər qaynar xəbərlərlə işləyəndə, mitinqlərdə, küçə yürüşlərində onların xüsusi geyimləri, toxunulmazlığı olur, polis onlara mane olmur. İndi də Azərbaycanın əsas qaynar nöqtəsi düşmənlə təmas xəttidir. Aprel döyüşləri də onu göstərdi ki, bu döyüşlər təkrar oluna bilər, jurnalistlər də qaynar xəbərlə işləmək istəyirlər. Müdafiə Nazirliyi ilə bənzər əməkdaşlıq layihəsi mümkündürmü? Yaxud indiyə qədər əməkdaşlıq niyə olmayıb?


-DİN-lə birgə layihəmiz davam edir. Son zamanlar biz yenə təqribən 250-yə yaxın gödəkcə tikdirdik və jurnalistlərə payladıq. İndi də Bakıda mitinqlər zamanı Mətbuat Şurasının "Qaynar xətt”i fəaliyyət göstərir, Monitorinq Qrupu hadisə yerində olur və çalışırıq ki, jurnalistlərin informasiya əldə etməsinə heç bir maneə olmasın. Hansısa problem yaranırsa, dərhal müvaf