Ağdaşda 12 yaşlı məktəbli uşağın məktub yazaraq intihar etməsi və intiharın səbəbini də "Sevimli peyğəmbərimizin yanında olacam” yazması cəmiyyətdə ciddi ehtirazla qarşılanıb.
Bununla bağlı Mia.az-a açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, baş vermiş hadisə bir faicədir. Onun sözlərinə görə, ilk olaraq 12 yaşlı yeniyetmənin qatil mollalardı:
"Bəli, məhz mollalar. O mollalar ki, bu gün Azərbaycan cəmiyyətinə hələ də xurafatı yayır, dinlə heç bir əlaqəsi olmayan və ağlına və ağzına gələni yas məclislərdə, bəzən məscidlərimizdə danışır. Çox təəssüf ki, 21-əsrdə də bu cür savadsız "din adamları” ilə qarşılaşırıq. Özünə qəsd etmiş körpənin məktubunu ürək ağrısı ilə oxudum. Çox təəssüfləndim. Və bilirəm ki, hər kəs bunun şokunu yaşadı. Görünür , biz cəmiyyət olaraq daha çox çalışmalıyıq. İslam dininin dəyərlərini insanlara doğru-dürüst çatdırmaq üçün daha çox çalışmalıyıq. Ədalət naminə deməliyəm ki, Prezidentin Yanında Dini Komitənin rəhbərliyi Mübariz Qurbanlı bu vəzifəyə təyin olunandan nəzərə çarpacaq səviyyədə işlər görür. Keçən dəfə komitə ilə Prezidentin Yanında QHT Şurasının cəmiyyətdə din mövzusu ilə bağlı tədbirlərinə məni də dəvət etmişdilər. Tədbirdə çıxış edərək, həm Mübariz müəllimə, həm də Azay müəllimə bildirdim ki, gənclərimizin dini cərəyanlara qoşulmaması üçün, savadsız mollaların təsirinə düşməməsi üşün Azərbaycanın aydınlarından, ziyalılarından bəhrələnmək lazımdır. Və bunun üçün İTV kanalında, AZTV-də çoxlu sayda verlişlər aparılmalıdır. Bu sahədə vəziyyətimiz çox da ürək açan səviyyədə deyil. Bu kanallar demək olarki cəmiyyəti bu yönümdə maarifləndirmək istiqamətində həddindən artıq az iş görür. Bu kanallara daha çox şous xarakterli verlişlərə, kriminal xəbərlərə üstünlük verir. Kanalların artıq əksər aparıcıları mügənillər, şou adamlarıdır. Savadsız mügənillər cəmiyyətə mənəvi dərs keçməklə məşğuldur. Ona görə , bir daha qeyd etmək istəyirəm ki, efir məkanından çox səmərəli istifadə etməliyik. Və 21 əsrdə biz cəmiyyət olaraq xuragat cə mövhümat yayan mollalardan xilas ola bilməmişik. 12 yaşlı körpəmizin qatilləri isə, xurafat yayan mollalardı”.