Türkiyənin Trabzon aeroportunda eniş zolağından çıxan təyyarənin pilotu dindirilib.
Shafaqadogru.com xarici mediaya istinadla xəbər verir ki, o, hadisəni belə təsvir edib:
"Normal eniş etdik. Zolağın sonuna gələndə sağ tərəfə manevr vardı. O manevri etdiyim zaman təyyarənin sağ mühərriki işə düşdü, bu səbəbdən layner sola doğru getməyə başladı”.
Qeyd edək ki, hadisə zamanı təyyarədə olan 164 nəfərin heç biri xəsarət almayıb. Təyyarə son anda dənizə düşməkdən xilas olub.